• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 06.12.2023 11:55

İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

“Horadiz” sərhəd dəstəsinin Zəngilanın Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 40 kiloqram 158 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.  Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.