• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 05.12.2023 19:58

Milli-mənəvi dəyərlərin qorunmasından danışılıb

KepezTV Player

Gəncədə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı regional konfrans keçirilib. “İmamzadə Ziyarətgah Kompleksi”ndə reallaşan tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərinimizin qorunması, adət-ənənələrimizin təbliği istiqamətində mühüm addımlar atıldğı bildirilib. Dahi şəxsiyyətin Azərbaycanın dövətçilik tarixindəki müstəsna xidmətlərindən bəhs edilib. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və Milli-mənəvi dəyərlər” mövzusunda film nümayiş olunub.

Tahir Abbasov- QMİ-nin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi: “Bu gün” İmamzadə” ziyarətgahında Ulu öndərimizin 100 illiyi və milli dəyərlərimizlə bağlı şəhər tədbiri keçirildi və burada regionlar -Göygöl, Gəncə, Samux rayonları iştirak etdi. Şəhər icra hakimiyyətinin dəstəyi ilə şəhid ailələri, qazilərin, ziyalıların çıxışlarıyla yüksək səviyyədə keçirildi. Ulu öndərin haqqında Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi film nümayiş etdirildi. Yüksək səviyyədə oldu. Dualar edildi. Ulu öndərin ruhu yad edildi. Və bu gündən etibarən, biz daim dua edirik, mütəmadi namazlarımızda ulu öndərə dua edəcəyik. Allah Ulu öndərə rəhmət etsin”.

Pərvin Abbaszadə