• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 05.12.2023 16:22

İrandan Azərbaycana 27 kq narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən ümumi çəkisi 26 kiloqram 945 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 17 kiloqram 900 qram narkotik vasitə marixuana müəyyən edilib. “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində isə 9 kiloqram 45 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.