• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 05.12.2023 16:20

Qızıl külçələrin Azərbaycana qanunsuz gətirilməsinin qarşısı alınıb

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, Əbu-Dabi-Bakı aviareysi ilə birlikdə gələn Azərbaycanın üç vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxslərdən gömrük nəzarətindən gizlətdikləri, ümumi çəkisi 985,51 qram olan 25 ədəd qızıl külçə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.