• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 05.12.2023 12:06

Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər sökülüb

KepezTV Player

Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər müəyyən edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar olunub. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.