• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 04.12.2023 19:54

Fransa hayları hansı məqsədlə silahlandırır?

KepezTV Player

Fransa tərəfindən bu dəfə Ermənistana “Bastion” tipli 24 zirehli texnika göndərilib. Bu texnika hücum xarakterlidir. Halbuki hər iki ölkə arasında bağlanan hərbi əməkdaşlıq haqda müqavilənin ictimaiyyətə açıqlanan hissəsində haylara müdafiə xarakterli texnikaların göndəriləcəyi nəzərdə tutulurdu. Sonrakı mərhələdə daha 26 eyni tipli texnikanın da yola salınması gözlənilir. Bununla yanaşı, Fransa Senatı ölkə hökumətinə Ermənistana hücum silahlarının verilməsi məsələsinə baxmağı tövsiyə edib və yaxın gələcəkdə “SEZAR” özüyeriyən artilleriya sistemlərinin də Ermənistana verilməsi planlaşdırılır. Fransa Ermənistanı bu cür silahlandırmaqla bu ölkənin arxasında durmağa çalışır və Ermənistan-Azərbaycan sərhəddində birbaşa təxribat yaratmağa təşviq edir. 

Asif Nərimanlı- siyasi şərhçi: “Fikrimcə növbəti belə bir vəziyyət yaranarsa, bu, Ermənistanın KTMT-dən çıxmasını və Rusiyadan tamamilə uzaqlaşmasını aktuallaşdıra bilər. Bunun üçün də istisna deyil ki, Ermənistan tərəfi Azərbaycana qarşı sərhəddə təxribatlar törədəcək və bu təxribatlardan sonra yarana biləcək eskalasiya zamanı KTMT və Rusiyadan uzaqlaşmanı aktuallaşdıracaq və məhz Rusiyanın Ermənistanda təhlükəsizlik rolu Fransaya ötürüləcək. Proses buna hesablanıb. Hazırda silahlanmanı da qarşıdakı dövrdə hazırlanan təxribat hücumlarına hazırlıq kimi anlamaq olar”.

Ekspertlər deyirlər ki, rəsmi Paris bununla yalnız Ermənistanda mövqe tutmaq niyyətində deyil, eyni zamanda dünyanın bir sıra regionlarında olduğu kimi, Cənubi Qafqazda da müstəmləkəçilik xülyasındadır.

Tural İsmayılov- siyasi şərhçi: “Fransa Ermənistanı silahlandırmağa davam etməklə Ermənistanda hərbi eyforiyanın artmağına səbəb olur. Bu eyni zamanda Ermənistan cəmiyyətini də qızışdıran, Ermənistanın arxasında guya Fransanın hərbi dəstək və güc kimi dayandığını göstərən mesajlar verməyə çalışır. Bütövlükdə Fransanın Ermənistanı silahlandırması və bu prosesin davamlı xarakter alması onu göstərir ki, Fransa Cənubi Qafqazla da bağlı dünyadakı ənənəvi neomüstəmləkəçi siyasətini davam etdirmək niyyətindədir”.

Elşad Həsənov- siyasi şərhçi: “Fransa bu gün dünyanın hər yerindən, xüsusi ilə Afrika ölkələrindən qovulub çıxarılır. Ona görə gəlib Cənubi Qafqaza, Ermənistana girmək istəyirlər ki, burada özünü bərkitsin və Rusiyanı da buradan çıxarsın. Görünən isə odur ki, bu, onların xülyası olaraq qalacaq”.

Hələ də ağıllanmayan Ermənistansa deyəsən 44 günlük Vətən müharibəsini və sentyabrda baş tutan 24 saatlıq antiterror tədbirlərini yadından çıxarıb. Milyardlarla manat dəyəri olan texnikası olsa belə, Azərbaycana məğlub olan haylar bu gün havadarlarının vədlərinə qapılıb, fitnəyə getməməlidirlər. Sülh, ən yaxşı çıxış yoludur. Əks təqdirdə, itirə-itirə gedən ermənilər ölkələrindən də ola bilərlər.

Orxan Cəfərzadə