• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 04.12.2023 19:47

Gürcü şairin barelyefinin açılışı olub

KepezTV Player

Gəncədə Gürcü şairi Nikoloz Barataşvilinin xatirəsinə həsr olunmuş barelyefin açılş mərasimi keçirilib. Barelyefin önündə gül dəstələri qoyulub. Cavad Xan dəftərxanasında baş tutan tədbirdə gənc yaşlarında dünyasını dəyişən dahi gürcü şairinin həyat və yaradıcılığından geniş bəhs edilib. Belə təşəbbüslərin Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Mərasimdə Gürcüstanla yanaşı, Azərbaycanın milli rəqsləri təqdim olunub. Təkilatçılar tərəfindən bir qrup şəxsə Gürcüstan-Azərbaycan dostluğunu tərənnüm etdikləri üçün təşəkkürnamələr təqdim edilib.

Zurab Pataradze- Gürcüstanın Azərbaycandakı səfiri: “Bu gün çox tarixi və əlamətdar gün idi. Gəncə şəhərində böyük gürcü şairi Nikolas Barataşvilinin xatirə lövhəsi açılıb. Bu da bizim ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafından xəbər verir. Həm ölkələrimiz, həm xalqlarımız arasında bütün sahələrdə siyasi, iqtisadi, ticari, mədəni humanitar sahələrdə çox yüksək səviyyəli münasibətlər və əməkdaşlıq mövcuddur. Bu gün Nikolas Barataşvilnin 206-cı ildönümüdür. O, 1944-45-ci illərdə əvvəlcə Naxçıvanda, sonra Gəncədə fəaliyyət göstərmişdir, 27 yaşında - çox gənc yaşlarında dünyasını dəyişmişdir və Gəncə şəhərində dəfn olunmuşdur. 48 ildən sonra onun nəşi Gəncədən Gürcüstana köçürülmüşdür. Bugünkü tədbirə görə və münasibətləri yüksək zirvələrə qaldırdıqları üçün Azərbaycan və Gürcüstan liderlərinə təşəkkürümü bildirirəm. Bu gün bizim əməkdaşlığımız üçün irəli atılmış daha bir addım oldu”.

Pərvin Abbaszadə