• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 04.12.2023 09:05

Gəncədə köşklərdən oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları şəhər ərazisindəki köşklərdən nağd pul, tütün, energetik içkilər və digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Əvvəllər məhkum olunmuş Xalıq Məmmədov bu ilin noyabr ayında 2 köşkdən ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini götürdüyünü etiraf edib. Fakt araşdırılır.