• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1893
— 03.12.2023 19:50

GMO məhsullar təhlükəlidirmi?

KepezTV Player

Piştaxtalar bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da, açıqca məhsulların keyfiyyəti şübhə doğurur. Daha doğrusu tərkibinin nədən ibarət olması. Bu gün genetik modifikisiya olunmuş məhsulların ölkəyə gətirilməsi, onların törədə biləcəyi fəsadlar barəsində cəmiyyətdə ciddi narahatlıqlar müşahidə edilir. Həmin qidaların istifadəsinin yaratdığı fəsadlar baxımından. 

Mehrac Abbasov- biologiya elmləri doktoru: “Genetik modifikasiya olunmuş orqanizmlər bitkilərin məhsuldarlığını, eyni zamanda ətraf mühitin əlverişsiz amillərinə qarşı davamlılığını artırmaq məqsədilə yaradılmış orqanizmlərdir. Genetik modifikasiya olunmuş orqanizmləri göz vasitəsilə təyin etmək mümkün deyil. Onu təyin etmək üçün xüsusi laboratoriya şəraitindən istifadə olunur və Azərbaycanda bu, gömrük orqanlarında, eləcə də AQTA-nın müxtəlif laboratoriyalarında ölkəyə idxal olunanların hamısı yoxlanılır. Gələcəkdə genetik modifikasiya olunmuş bəzi bitkilərin məhsulları, hansı ki, insan orqanizminə və ya heyvanlara heç bir ziyanı yoxdur, onların ölkəyə idxalına icazə verməliyik. Bu, çox vacibdir, bu bizim iqtisadiyyatımız üçün vacibdir”.

Dövrümüzdə bir çox qidaların, meyvələrin, tərəvəzlərin müxtəlif üsullarla genetikası dəyişdirilərək alıcılara təklif edilir. Bu qidaların sağlamlığımız üçün ziyanları, faydalarından çoxdur və gələcəkdə ciddi problemlər yarada bilər. Həkimlər bu fikirdədir. 

Tükəzban Məmmədova- həkim: “Sağlam qidalanma odur ki təbii, yəni modifikasiya olunmamış qidalarla insanların qidalanması. Modifikasiya olunmuş qidalar dedikdə nəyi nəzərdə tuturuq, bunlar hibrid adlanır. Yəni bir neçə meyvənin suni şəkildə birləşdirilməsi. Burda hormonlardan istifadə edirlər. Hormonlar da vaxtında olmayan, vaxtından əvvəl müxtəlif xəstəliklərin əmələ gləməsinə - şəkərli diabet, bronxial astma, zob xəstəliklərinin yaranmasına səbəb olur”.

Qısası insanların və bütün canlı aləmin gen məbədinə toxunmaq çox ağır fəsadlara səbəb olur. Milli genefond zədələnir, təbiət məhv olur, torpaq zəhərlənir. Qida yaşamaq üçün təməl ehtiyacdır deyirik, amma sağlamlığımızı qorumaq üçün, elə sağlam qidalardan istifadə etməliyik. Çünki, sağlamlığımızı itirdikdən sonra geri qaytarmaq çətin olur.

Pərvin Abbaszadə