• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 03.12.2023 19:12

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib

KepezTV Player

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.