• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 02.12.2023 19:39

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

KepezTV Player

Gəncədə bədbəxt hadisə baş verib. Olay şəhərin Atatürk prospektində qeydə alınıb. İmişlinin Şahverdili kənd sakini Niyaz Vəliyev sözü gedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına, oradan isə özəl tibbi müəssisələrindən birinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.