• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 02.12.2023 15:47

Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb

KepezTV Player

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb. Hərəkətdə olan "TIR" markalı yük avtomobilində anidən yanğın baş verib. Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub. Alov söndürülüb. Faktla bağlı araşdırma aparılır.