• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 01.12.2023 16:02

Torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi

KepezTV Player

Gəncə, Daşkəsən, Göygöl və Samuxda ötən il və bu ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidməti monitorinqlər keçirib. Torpaq qanunvericiliyinin pozulması ilə bağlı 371 fakt aşkar edilərək sənədləşdirilib. 146 inzibati protokol tərtib edilib. Bu barədə Gəncədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi zona müşavirəsində məlumat verilib. Tədbirdə torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsinin əhəmiyyətinə toxunulub. Toplantıda Gəncə şəhəri üzrə torpaqların elektron kadastr uçotu işlərinin nəticələri nümayiş olunub. Gəncə, Daşkəsən, Göygöl və Samuxda aparılan kadastr uçotu işləri nəricəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib.

Fərid Mehdiyev