• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 29.11.2023 09:07

Bakıda bıçaqlanma hadisəsi baş verib

KepezTV Player

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Səməd Bəy Mehmandarov küçəsində qeydə alınıb. Mağazada satıcı işləyən 2004-cü il təvəllüdlü Hacıyev Cümşüd Duman oğlu müştəri ilə mübahisə edib, nəticədə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.