• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 25.11.2023 16:02

Sabirabadda qəza magistral yolda tıxac yaradıb

KepezTV Player

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabadın Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Yanacaq daşıyan avtomobillə toqquşan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və Azərpoçta məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb. Qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub. Faktla bağlı araşdırma aparılır.