• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 25.11.2023 13:36

Azərbaycana daha 10 zubr gətirilib

KepezTV Player

IDEA İctimai Birliyi, tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana Almaniyadan daha 10 zubr gətirilib. Zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq. Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və heyvanların sayının 100 başa çatdırılması nəzərdə tutulur.