• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 21.11.2023 13:22

İki "VAZ" toqquşub, 1 nəfər xəsarət alıb

KepezTV Player

Göygöl rayonunun girişində yol nəqliyyat hadisəsi baş verib. Rayonun Dozlar kənd sakini - 38 yaşlı Samir Alıyev idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən, rayon sakini - 27 yaşlı Ələkbər Həsənovun sürücüsü olduğu “VAZ 2106” ilə toqquşub. Qəza zamanı 015-in qadın sərnişini xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Qəza hər iki avtomobil dönmə əməliyyatı yerinə yetirərkən baş verib. Faktla bağlı araşdırma aparılır.

Elnur Rzayev