• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 20.11.2023 18:02

Laçın Hava Limanının layihəsi üzrə işlərin icra vəziyyəti 53 faizdir

KepezTV Player

Zəfər yolu”, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 53 faiz təşkil edir”. Bu barədə Şuşada Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun iclasında bildirilib. Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Şuşa, Laçın, Füzuli, Zəngilan və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətlərinin göstərildiyi də vurğulanıb.