• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 20.11.2023 14:33

Bakıda psixotrop dərmanların əldə olunması üçün saxta resept hazırlayan dəstə üzvləri saxlanılıblar

KepezTV Player

Paytaxtda Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva saxlanılıblar. Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd preqabalin, 600 ədəd tramadol həbləri və külli miqdaqda metamfetamin aşkar edilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, Əzizə Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.