Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində sonuncu oyununu keçirib. Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olub. "Kinq Baudouin” stadionunda oynanılan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi 24-cü dəqiqədə azlıqda qalıb. Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Qırmızı şeytanlar"ın heyətində qollardan dördünü Romelu Lukaku vurub. Otuz yaşlı hücumçu 17-ci, 26-cı, 30-cu və 37-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90-cı dəqiqədə Leandro Trossard qoyub. Bu nəticədən sonra xallarını 20-yə çatdıran Belçika yığması qrup lideri olub. 7 xalı olan Azərbaycan millisi isə F qrupunu 4-cü sırada tamamlayıb. Bu qrupun digər oyununda İsveç millisi evdə Estoniyanı 2 cavabsız qolla üstələyib.
- Baxış: 251