• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 20.11.2023 09:29

Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb

KepezTV Player

Panama bayrağı altında üzən və Türkiyənin Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb. Gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub. Gəmi heyəti təxliyə edilib.