• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 18.11.2023 16:31

Bakıda yanacaq maşınında partlayış olub, yanğının qarşısı alınıb

KepezTV Player

Bakının Pirallahı rayonunda yanacaqdoldurma məntəqəsinin xoşagəlməz hadisə baş verib. Tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayış baş verib və məntəqə ərazisində yüksək yanğın təhlükəsi yaranıb. Əraziyə cəlb olunan FHN əməkdaşları yanğının qarşısını alıblar.  Partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaqötürən pompası yerindən çıxıb, avtomobilin çəninin lyuku isə yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının dam hissəsi və tavanına çırpılaraq, oranı dağıdıb. Olay zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.