• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 18.11.2023 11:54

Bakı-Sumqayıt yolunda qəza olub, iki nəfər ölüb

KepezTV Player

Bu gün səhər saatlarında  Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində təkəri sıradan çıxdığı üçün sürücü “Mercedes” markalı avtomobili ən sol zolaqda dayandırıb, sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı maşın nasaz nəqliyyat vasitəsilə toqquşub. “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib. Faktla bağlı araşdırma aparılır. Belə qəzaların bir daha yaşanmaması üçün Daxili İşlər Nazirliyindən sürücülərə məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi yenidən xatırladılıb.