• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 17.11.2023 12:10

"Sədərək"dən rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub

KepezTV Player

"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub. Baş Prokurorluqdan verilən məlumata görə, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha əvvəl "Sədərək" gömrüyünün bir qrup əməkdaşı barəsində cinayət işi başlanmışdı. "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.