Mən oxucuyam, ona görə yox ki, həyatım yoxdur, ona görə ki, bir neçə həyatımın olmasını seçmişəm.
Fidan Feyziyeva- tələbə: “Janrına görə baxır. Məsələn, sən şəxsi inkşaf oxuyursansa, burdan öz işin üçün fayda götürə bilərsən. Hekayə janrında əsərlər oxuyanlarda daha çox empatiya hissi güclü inkşaf edir və yaradıcı düşünmə formalaşır”.
Ceyhun İsmayılov– tələbə: “Kitab oxuduqda bəzən özümüzü o kitab qəhrəmanlarının yerinə qoyuruq və ya öz həyatımızda rast gəlirik. Mənim bir dəfə həyatımda Dostoyevskinin “Cinayət və cəza” əsərini oxuduqda belə hadisə baş verdi. Kitabı oxudum və ertəsi günü kitabın eynisi gəldi yaşandı. Mən bu situasiyada həm şok olmuşdum, həm də vəziyətdən çıxma yolunu tapmışdım”.
Türkan Zamanlı- tələbə: “Kitabaları oxuyub bitirdikdən sonra, biz yığışıb onları müzakirə edirik. Bir kitabı oxumaqdan əlavə onun haqqında müzakirə getdikdə, yeni fikirlər ortaya çıxır. Çünki bir mövzuya aid hər kəsin baxış aspekti tamamilə fərqli olur”.
Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
Leyla Əliyeva
- Baxış: 234