• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2439
— 16.11.2023 11:24

Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var

KepezTV Player

Hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır. Böyük Qayıdışa dair Dövlət Proqramı”na görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. Zəngilan nəqliyyat qovşağı olacaq. Bunu “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda Prezidentin Xüsusi Nümayəndəsi Vahid Hacıyev deyib. Zəngilan şəhərində reallaşan tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı əsas məsələlərin müzakirəsi, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır. Konfrans öz işini noyabrın 17-də Bakıda davam etdirəcək.