• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 08.11.2023 13:45

Salyanda narkotik qəbul edib avtomobil sürən şəxs saxlanılıb

KepezTV Player

Salyan Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ - 21063” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən Qədirovun marixuana istifadə etdiyi məlum olub. Şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.