• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 07.11.2023 20:55

Ana, oğlu və daha 1 nəfər bıçaqlanıb, saxlanılan var

KepezTV Player

Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində 22 yaşlı Ayxan Nəbiyev, anası 43 yaşlı Aynur Nəbiyevanın və 63 yaşlı Xaliq Həsənovun bıçaqlanması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Quliyev Fədail Vaqif oğlu saxlanılıb. Onun özünə də xəsarət yetirdiyi müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.