• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 07.11.2023 17:00

Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb

KepezTV Player

İrandan tranzit keçməklə Naxçıvandan Bakıya gələn Azərbaycan vətəndaşlarından 1 kiloqramdan artıq narkotik vasitə aşkar edilib. Biləsuvar Gömrük İdarəsində yoxlama zamanı onların ayaqqabılarının hər iki tayının içərisində gömrük nəzarətindən gizlədilən 975 qram metamfetamin və 192,6 qram heroin aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb. Bir nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.