• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 07.11.2023 16:53

Ağır qəza ölümlə nəticələnib

KepezTV Player

Goranboy rayonu, Veyisli kəndində avtoqəza baş verib. “VAZ 2107” markalı avtomobilin sürücüsü Allahverdi Allahverdiyev qarşı hərəkət zolağına çıxaraq, Rafiq Rzayevin sürücüsü olduğu “VAZ-2106” ilə toqquşub. Nəticədə 06-da olan sərnişinlər - 2020-ci il təvəllüdlü Ömər Rzayev, 2010-cu il təvəllüdlü Vaqif Allahverdili və avtomobilin sürücüsü yüngül xəsarətlər alıblar. 06-nın digər sərnişini 1976-cı il təvəllüdlü Ruhiyə Allahverdiyeva ağır vəziyyətdə Goranboy rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ramin Paşayev