• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 07.11.2023 12:12

Fermalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

KepezTV Player

Hacıqabulun Muğan qəsəbəsi ərazisində yerləşən iki fermadan avqust ayı ərzində oğurluq edilib. Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Xalid Cavadovu saxlayıblar. Onun əvvəllər narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkumluğu olub. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, o, fermalardan dəmir qapılar, su çəni, dəmir borular, elektrik naqilləri və digər avadanlıqlar oğurlayıb. Və zərərçəkmişlərə ümumilikdə 16000 manatdan artıq maddi ziyan vurub. Bundan əlavə, polis əməkdaşları tərəfindən X.Cavadovun ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onun daha iki cinayət əməlinin üstü də açılıb. O, həmyerliləri Azad Abbasov, Əfqan Salahov, Elməddin Novruzov, Hilal İsmayılov, Asim Əmrahov və Cavid Əliyevlə qabaqcadan əlbir olaraq dəstə yaradıb. Və onlar sentyabr ayında Muğan qəsəbəsi ərazisində yerləşən iki fermaya qanunsuz olaraq daxil olublar. Dəstə üzvləri oradan dam örtükləri, dəmir soba, su çəni, dəmir boru və barmaqlıqlar, yük avtomobilinin təkərlərini və traktor qoşqusunun hissələrini oğurlayıblar. Zərərçəkmişlərə ümumilikdə 12000 manat maddi ziyan vurublar. Gizli yolla taladıqları "qənimətlərin" bir qismini Kürdəmirdə yerləşən əlvan metalların qəbulu məntəqəsinə satıblar. Əldə etdikləri pulları öz aralarında bölüblər. Maddi sübutların bir qismi isə polis əməkdaşları tərəfindən götürülüb.