• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 06.11.2023 10:19

STEAM təhsili

 

Məlumdur ki, qloballaşan dünyamız texnoloji  əsrə qədəm qoyub. Azərbaycan təhsil sistemi  heç də dünya təhsil sistemindən geri qalmır. STEAM da bu təhsil sisteminin bir növüdür. Bu metodla keçirilən dərslər şagirdlər üçün daha maraqlı və cəlbedici olur.

STEAM təsilinin əsası müxtəlif fənlərlə  birlikdə istifadə etmək, layihələr hazırlamaq və bu layihəni istehsalata çevirərək həyata keçirməkdir. Həmçinin də, düşündüklərini  həyata keçirə biləcək yenilikçi, yaradıcı və məhsuldar  bir şəxsiyyət yetişdirmək məqsədi daşıyır. Bu kimi dərslərin keçirilməsi şagirdlərdə nəzəri biliklərdən daha önəmli olan praktiki biliklərin və bacarıqlarının inkişafında böyük rol oynayır.

Şagirdlər: “Əsas məqsəd belə idi, dalğalar gəmiləri vururdu və gəmilər müəyyən xəsarət aldığına görə böyük maddi itkiyə səbəb olurdu. Buna görə də mən stabilizator fikirləşdim ki, gəmiləri dalğa vurduqda heç bir təsir göstərmədən, suda sabit qalmağı bacarsın”.

“Bu gəmidəki rollarımdan biri də  dövrələri qurmaq idi, onları qurarkən həmçinin kodlara da kömək etmişdim”.

 

STEAM dərslərində iştirak edən şagirdlərin 65%-i onların mühəndisliyə marağını köklü şəkildə artırdığına, 62%-i isə onları texnoloji inkişafı yaxından izləməyə həvəsləndirdiyinə, 61-% isə STEAM dərslərinin daha çox praktik olduğundan həmin mövzuları yaxşı mənimsəməsinə səbəb olduğunu qeyd etmişdir.

Şagird: “Əsas məqsəd şagirdlərdə mühəndislik, yaradıcı düşünmə, tənqidi təfəkkür kimi bacarıqlarının formalaşmasında böyük rol aynayır”.

“Layihədə mənim mövqeyim dizaynerlik və kodların yazılmasına kömək etmək idi.Çox maraqlı olmuşdu bizim üçün”

 Bu gün kiçik şagirdlərimiz böyüyəcək və sabah öz peşələri ilə işə başlayacaq və ölkə iqtisadiyyatına töhfə verəcəklər. Bir çiçəyin kökü kimi, şagirdlər də inkişaf etdirilə biləcək qabiliyyət  və bacarıqlarına uyğun olaraq böyüyərlərsə, o bitki  kimi böyüyəcək və öz genlərindən gələn çiçəyi əmələ gətirəcəkdir.

 Əsgərova Günay

 

 

 

 

 

ƏTRAFLI...