• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 01.11.2023 13:03

Dil öyrənməyin faydaları

Bilinməyən maraq oyadır. Öyrənilən isə insana güc qatır. Ayzberqin görünməyən tərəflərində, bəlkə də, gizli istedadlar yer alır. Elə isə öyrənək, özümüzü hər sahədə və dildə kəşf edək, sınayaq. Yeni bir dil öyrəndiyimiz zaman müxtəlif bacarıqları qavramağa və inkişaf etdirməyə başlayırıq. İstənilən xarici dil ilə ilk dəfə tanış olduğumuz zaman çoxlu asan və çətin sözlər ilə qarşılaşırıq. Ancaq buna baxmayaraq, dil öyrənməyin faydaları saymaqla bitməz!

Fərhad- ingilis dili müəllimi: “Dil öyrənmək, özü çox vacibdir. Tək gənclər üçün yox, bütün yaşda olan insanlar üçün. Yəni, hətta belə bir şey deyərdim, nə qədər çox dil bilirsinizsə, əslində mən deyərdim, bir o qədər də dünyagörüşünüz çoxdur. Məsələn, dil öyrənməyin mənə verdiyi ən böyük üstünlüklərdən biri də o oldu ki, mən dil biliyimin hesabına asanlıqla iş tapa bildim. Beləcə, bunun hesabına gələcəkdə özümə müəyyən bir həyat qurmaq üçün kapital əldə edə bilirəm. Bundan əlavə, dil bizə öz dünyagörüşümüzü daha da genişləndirməyi öyrədir. Məsələn, aydın məsələdir ki, hər dildə verilən müəyyən məlumatların özünün məhdudiyyəti var. Məsələn, Azərbaycan dilində verilən məlumatlarda informasiya texnologiyaları, kompüter mühəndisləri kimi ixtisaslarda verilən materiallarda məhdudiyyət var. Yəni bu məlumatlar adekvat deyil. Bu zaman, təbii ki, əlavə bildiyimiz bir dil bizə kömək edə bilər. Məsələn, ən başda olan dillərdən biri olan dil ingilis dilidir. İngilis dili beynəlxalq dildir və bu mənə kifayət qədər yardım edir ki, mən lazımi məlumatlara, resuslara çatım və əldə edə bilim.

Xarici bir dil öyrənməzdən əvvəl mütləq diqqət etməli olduğumuz bir nüans var. Bunlardan biri motivasiya mənbəyimizi tapmaqdır. Yəni bu dili öyrənmək sizə nə üçün lazımdır və bu dil sizə hansı töhfə və faydaları qatır, bunları bilmək lazımdır.

Fərhad- ingilis dili müəllimi:  “Dil bilmək, belə deyərdim ki, bizə gələcəyimizdə daha yaxşı bir yerə çatmaq üçün bir açardır. Məsələn, mən özüm magistr təhsilimi xaricdə davam etdirmək istəyirəm və buna görə düşünürəm ki, dilin mənə çox böyük yardımı var. Məsələn, daha prestijli bir təhsil üçün xarici ölkələrdə təhsil alıb, yenidən öz vətənimə qayıda bilərəm. İngiltərə, Amerika, Kanada, Polşa, Estoniya və s. kimi ölkələrdə gedib, rahatlıqla təhsil alıb, qayıda bilərəm. Bundan sonra ölkəmə daha böyük töhfə verə bilərəm. Və bu məqamda düşünürəm ki, dilin önəmi danılmazdır".

Başqa bir dil öyrənmək eləcə də sosial çevrənizə, dostluq ünsiyyətlərinizə təsir edir.

Fərhad- İngilis dili müəllimi:  “Məsələn, mənim Kanadadan daha sonra Rusiya, Ukraina, Almaniya və Estoniyadan dostlarım var. Taylandın özündən də. Bu gün biz o tələbələrlə danışırıq. Ümumi desək, təhsil haqqında söhbət edirik, müxtəlif ölkələrdə gənclərin həyatı barədə söhbət edirik. Və bu mənə çox kömək edir ki, mən tək Azərbaycanda yox, digər ölkələrdə baş verən hadisələrdən xəbərdar olum və həyatın özündə olan insanlarla bunları söhbət edək. Yəni media və digər vasitələrdən yox. Həqiqətən, tələbələrin və insanların, gənclərin özündən eşitdiyimiz hekayələr. Mən düşünürəm ki, bu, daha qiymətlidir. Çünki real hadisələrdən eşidəndə bu, hətta bizə daha çox maraqlı olur. Arada yaratdığımız ünsiyyət bizə köməklikdən əlavə, dilimizi də inkişaf etdirir. Məsələn, Taylanddan olan “Zorro” adında bir dostum var, biz onunla söhbət etdikdə o, mənə kifayət qədər yeni sözlər öyrədir. Və bu bizim üçün çox vacibdir”.

Deyildiyi kimi - “You can never understand one language, until you understand at least two”, - Bir dili bilmək üçün, ən azı iki dili başa düşməlisən.

Ülvi Cəfərov

ƏTRAFLI...