• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 02.11.2023 11:55

Uşaqlarda qurdun yaranması

İstər uşaqda, istər böyüklərdə, bağırsaq parazitləri ən çox yayılmış sağlamlıq problemlərindən biridir. Onun üçün də qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etməliyik. Uşaqların böyüməsi zamanı valideynlər onları nə qədər qorusalar da, bəzi infeksiyalardan müdafiə olduqca çətindir. Onlardan biri uşaqlarda qurd infeksiyasıdır. Bu parazitlər uşaqların bədənlərinə sızaraq, əhəmiyyətli bir problemə çevrilənə qədər diqqətdən kənarda qala biləcək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilirlər. Bu simptomların erkən aşkarlanması vaxtında müdaxiləyə və effektiv müalicəyə səbəb ola bilər. İnfeksiyası müxtəlif amillərə görə baş verə bilər. Buraya yeməkdən əvvəl  əlləri yumamaq, sanitariya şəraiti pis olan yerlərdə oynamaq  və s. daxildir.

İlham Əliyev– Pediatr: “Gələn valideynlərə verdiyimiz məsləhət ondan ibarət olur ki, ilk növbədə əllərini qida qəbulundan əvvəl yusunlar. Və eyni zamanda tərəvəzlər qəbulu zamanı yaxşı-yaxşı yuyulmalıdır. Bizi ən çox narahat edən məsələ, göyərtilərin düzgün yuyulmamasıdır. Belə ki, göy məhsullarını yuyarkan adi suyun altında yumaqdan əlavə, onları yaxşı olar ki, böyük ləyəndə göylərin üzərinə su əlavə edildikdən sonra üzərinə alma sirkəsi əlavə olunur və 20 dəqiqə suda qaldıqdan sonra yumaq lazımdır”.

Qurdların bəzi növləri, məsələn, qarmaqlı qurdlar, çox vaxt uşaqlar çirklənmiş torpaqda ayaqyalın gəzən zaman bədənə dəri vasitəsilə daxil ola bilər. Çiy və ya az bişmiş qida, meyvə və ya çirkli su ilə yuyulmuş tərəvəzlər, ev heyvanları və ya müəyyən növ qurdları daşıyan heyvanlarla təmasda olduqda infeksiyaya yoluxa bilər.

İlham Əliyev– Pediatr: “Qurdların yayılma səbindən biri də ev heyvanlarıdır. Böyüklərin, həmçinin uşaqların onlarla yaxın təmasda olması. Ona görə də heyvanların özü də baytar həkimə göstərilməlidir ki, onlardan da bu infeksiya uzaqlaşdırılsın. Düzgün bişirilməyən ət yeməyi məhsullarında da qurdlar olur, məsələn tam bişməmiş ətdə lent formasında qurdlar olur. Ona gör bu cur qidalar hazırlandıqda ət ən azı 60 dərəcədən yuxarı temperaturda ilə 1 saatdan az olmamaq şərti ilə bişirilməlidir”.

Müalicə isə qurdun növünə və infeksiyanın şiddətinə görə dəyişir.

Günay Əsgərova

ƏTRAFLI...