• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 02.11.2023 19:53

Xaçmazda 36 yaşlı kişi yolda qətlə yetirilib

KepezTV Player

Xaçmazda 1987-ci il təvəllüdlü Samir Alxasovun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin Xudat şəhəri ərazisində avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə şübhələr müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, Nəsrullayev şübhəli şəxs qismində tutulub.