• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 26.10.2023 13:06

İstedadlı gənc - Fotoqraf

Elçin Musayev- fotoqraf: "Fotoqraflığa həvəsim ilk dəfə universitet vaxtlarından başlayıb. Üniversitet vaxtlarında məzun çəkilişi ilə bağlı fotoqraf gəldikdə onun işləri ilə tanış oldum. Mənə çox maraqlı gəldi. Sonra başladım telefon vasitəsilə müxtəlif şəkillər çəkməyə. İlk vaxtlar dostlarımın və müxtəlif mənzərələrin şəkillərini çəkirdim. Dostlarım şəkillərə baxdıqdan sonra müsbət rəylərini bildirirdilər. Və mənim də bu işə həvəsim artırdı. Sonra fotoaparat aldım və özümü inkişaf etdirdim. Və fotostudiodan təklif aldım, 4 ay orada işlədim. Sonralar fərdi şəkildə işlədim, cütlüklərdən təkliflər aldım. Artıq özümü videoqraf sahəsi üzrə inkişaf etdirirəm. Çalışdığım qədər standartlardan kənara çıxıram. Gənclərə tövsiyəm odur ki, çalışsınlar özlərini hansı sahədə görürlərsə, o yöndən inkişaf etsinlər".

Fidan Qədimova

ƏTRAFLI...