• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 18.10.2023 12:47

17 yaşlı gənc yazar.

 Bu dəfə sizə Nərmin xanımdan danışacam. Nərmin xanım kiçik yaşda olmasına baxmayaraq bir çox böyük nəaliyyətlərə imza atmış, gördüyü işlərlə öz sözünü demiş bir gəncdir. Onun kitablara olan bu həvəsi, gənc yaşında bir çox uğurlar qazanması, əlbəttə ki, heyrətamizdir.

Nərmin Hümbətova-Yazar: - “ 17 yaşım var. Əvvəlcədən kitablara çox həvəsim var idi. Kitablar oxuyurdum. Daha sonra kitaba baxanda dedim ki, görəsən, mənim də adım burda ola bilərmi? Çox həvəsim olduğu üçün kitab yazmaq qərarına gəldim.Çox həvəsli idim bu haqda” .

 Nərmin bir çox müsahibələrə, yarışlara qatılaraq sertifikatlar, diplomlar əldə edir. Və bu uğurlar onu yolunda daha əmin addımlarla irəliləməyə sövq edir. Nərmin xanımla biraz söhbət etdikdən sonra öyrəndim ki, onun psixologiya elminə daha çox marağı var. Eyni zamanda Nərmin boş vaxtlarını kitab oxuyaraq keçirdiyini, hətta gün ərzində 4,5 kitab oxuduğunu vurğuladı. Elə bu səbəbdəndir ki, o kitablarını məhz psixologiya üzrə yazmağı seçdi  və onun kitablara, kitab yazmağa olan bu marağı məlum məsələdir ki, Nərmin xanımın gələcək həyat yolunda da işıq olmağa davam edəcək.

Nərmin Hümbətova-Yazar: “ Kitab daha çox oxuduğum üçün gün ərzində ən çox, məsələn, 4,5 kitab oxuyurdum, onun üçün də kitab yazmaq qərarına gəldim. Və belə əsasən psixologiya üzrə yazırdım  yəni,  çox sevirəm kitabları, həqiqətən, kitab yazmağı. Yenə yazıram” .

 Nərmin xanım hal-hazırda 3 kitab yazıb. Və daha çoxunu yazmağı planlaşdırır. Onun özünə xas bir dünyası var. Elə Nərmini yaşıdlarından fərqləndirən bu əzmi və çalışqanlığı onu daha çox çalışmağa və daha böyük uğurlar qazanamağa vadar edir.

Nərmin Hümbətova-Yazar: “ İlk kitabım “Özünə yaxşı bax” kitabı idi. 3 hardasa,1 il bundan qabaq yazmışam, ondan sonra başqa bir kitab yazdım. Ondan sonra da başqa uşaq psixologiyasına aid bir kitab yazmışdım. Çox həvəsli idim. Uşaqlığımdan kitab oxumağı çox sevirdim” .

 Nərmin xanım 1 ilə yaxındır ki, ödənişsiz təlimlər keçir. Kitab yazmaqdan əlavə o, həm də psixologiya mərkəzinin rəhbəridir.

 

ƏTRAFLI...

 

Nərmin Hümbətova-Yazar: “ Təlimlər. Təlimlər artıq 1 ildir ki, təlimlər keçirəm.Ödənişsiz olaraq gənclərin maarifləndirilməsi üçün. Əsasən  uşaqların, bir də ki, şəhid ailələri üçün ödənişsiz, qazi övladları üçün ödənişsiz təlimlər keçirik. 1 ildən çoxdur. Yenidən də belə təlimlər keçməyə davam edəcəyik, təbiiki də” .

“ Nərmin xanım, özgüvəninizi necə yüksəltmisiniz”?

Nərmin Hümbətova-Yazar: “ Özgüvənimizi necə yüksəltməliyik? İlk növbədə, “ yox “ deməyi öyrənməliyik. Səbirli və cəsarətli olmalıyıq. Psixoloq dəstəyi almalısınız. Müsbət düşünün hər bir şeyi. Özünüzə hədəflər qoyun. Və onları gerçəkləşdirmək üçün çalışın” .

  Ülvi Cəfərov