
“Apple” şirkəti yeni iPad planşetlərini təqdim etməyə hazırlaşır. Onlardan biri də iPad mini 7 modeli olmalıdır. Macrumors saytı sözügedən yeni planşet barəsində mövcud olan məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən iPad mini 7 modeli hal-hazırda aktual olan iPad mini 6-nın dizaynını əldə edəcək.
Bununla belə planşet yeni gövdə rənglərinə sahib olacaq. Məlumata əsasən iPad mini 7 planşeti A16 Bionic prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, iPhone 14 Pro, iPhone 14 Pro Max, iPhone 15 və iPhone 15 Plus smartfonları da bu prosessor vasitəsilə çalışırlar. Macrumors-un təqdim etmiş olduğu məlumatlara əsasən şirkət iPad mini 7 modelinin ekranını, ön və arxa kamerasını yeniləyəcək.
- Baxış: 439