• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 807
— 12.03.2020 12:37

Yük maşını içərisindəki geyim əşyaları ilə birgə yanıb

KepezTV Player

Ucarda yanğın hadisəsi baş verib. Bakı-Qazax yolunun rayonun “dördyol” adlanan ərazisində Bərdə rayon sakini, 27 yaşlı Pərvin Famil oğlu Şərifovun idarə etdiyi “Mercedes” markalı TİR hərəkətdə olan zaman yanıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yük maşınının qalan hissəsi alovdan mühafizə olunub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb. Məlumata görə, TIR Türkiyədən gəlirmiş və içərisində geyim əşyaları olub. Fakt araşdırılır.