"Göytəpə" sərhəd dəstəsinin Yardımlının Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfərin külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan şəxslər odlu silahdan atəş açaraq təqibdən yayınmağa cəhd ediblər. Sərhəd naryadı əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərk-silah etməyə nail olub. Saxlanılan şəxslərin İran vətəndaşları - 1986-cı il təvəllüdlü İbrahimzadə Canəli Səmiulla oğlu və 2003-cü il təvəllüdlü Siyamək Fərzi Əzim oğlu olduğu müəyyən edilib, üzərlərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 55 qram narkotik maddə, 1 ədəd gecəgörmə cihazı və “BERETTA” markalı tapança aşkar olunaraq götürülüb.
- Baxış: 257