• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 21.10.2023 11:34

Ailə dəyərləri

Kiçik dövlət sayılan ailə insanlar arasında ilkin ictimai formadır, millətin gələcək fərdləri orada böyüyür, ilk sosiallaşma və davranış qaydaları da məhz buradan başlayır, yəni böyük toplum olan cəmiyyətin hüceyrəsi o kiçik yuvada yetişir, bununla da güclü bir millətin təməli qoyulur. Necə deyərlər: yüksək cəmiyyəti normal evlərdə, doğru əxlaq görmüş uşaqlar formalaşdırar.

Tohid Abuzərli- Göygöl sakini: “İlk gündən başlanan ömür yolunda kişi və qadın bir-birinə hər zaman hörmətlə, diqqətlə yanaşmalıdır. Mən hər bir ailə quran insanlara tövsiyə edirəm ki, ailə qurmağı öncədən fikirləşib, həyat yoldaşına dəyər versinlər”.

Kifayət Abuzərli- Göygöl sakini:  “35 ildir ailəliyik, çox gözəl yaşamışıq - səssiz, sözsüz. Hamıya arzu edirəm ki, bizim kimi ömür sürsün”.

“Ailə şahların belə girə bilməyəcəyi qaladır”, deyib Emerson. Gəlin biz də o qalamızı elə qoruyaq ki, ora heç kim müdaxilə etməsin.

 Leyla Əliyeva

ƏTRAFLI...