• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 18.10.2023 10:25

Meşələr həyatımızda hansı əhəmiyyətə malikdir?

Meşələr torpaq və su kimi ən qiymətli sərvətlərdən sayılır. Bu böyük  təbiət xəzinəsinin insan  sağlamlığına, psixoloji  vəziyyətinin  yaxşılaşmasına, təsiri elmin  sübutlarından biridir. Lakin flora və faunanı özündə birləşdirən insan həyatının xilaskarı olan meşələr, bəzən  məhv edilmə təhlükəsi ilə üz –üzə qalır. Bəzən bol oksigen, bir-birindən seçilən ağacları və canlı aləmi ilə bizi daim heyrətləndirən  səma-altı muzeyə gələnlər ondan zövq almaq yerinə həmin ağaclardan müəyyən məqsədləri üçün istifadə etməyi daha üstün tutur. Nəticədə dünyada düzənliklərin sayı artır, oksigen qıtlığı yaşanır və qlobal istiləşmə yer üzünü quraqlığa çevirir.

Fuad Quliyev– Göygöl Milli Parkının direktoru: “Azərbaycanda meşəlik ərazilər bir neçə kateqoriyaya bölünür, meşələrin inkişafı xidmətinin tabeliyində olan meşəlik ərazilər və xüsusi mühafizə olunan təbiət ərazilərinin tabeçiliyində olan meşəlik ərazilər var. Hal-hazırda bizim xidmət apardığımız bölgə biloloji müxtəlifliyin qorunması xidmətinə məxsus olan Göygöl Milli Parkıdır”.

Meşəlik ərazilərə tez-tez  gəzintiyə  getmək  psixoloji sağlamlığa müsbət təsir göstərir. Beyin  təmiz oksigenlə qidalandığı üçün insan daha iti zəkalı olmaqla bərabər güclü yaddaşa malik olur.

Fuad Quliyev– Göygöl Milli Parkının direktoru: “Müşahidələrimiz göstərir ki, hər hansı bir növün təhlükəsi gündəmdə deyil. Adətən kənd yerində yaşayan insanlar, ümumiyyətlə təbiətdən bəhrələnmək məqsədilə ərazidə olan bütün növ ağaclardan odun kimi istifadə etməyə cəhd göstərirlər”.

Tibb elmində  beynimizin oksigensiz qalmaqla  quruma halının daha yüksək olduğu bildirilir. Bu isə insanın necə təbiətə bağlı bir varlıq  olduğunu göstərir. Unutmayaq məhv etdiyimiz meşələr deyil, gələcəyimizdir.

Mehriban Qurbanzadə 

ƏTRAFLI...