• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 17.10.2023 11:08

Beynəlxalq axtarışda olan 4 nəfər Rusiyadan ölkəmizə ekstradisiya olunub

KepezTV Player

Beynəlxalq axtarışda olan 4 nəfər - Daşdəmirov Elturan Emil oğlu, Məmmədov Sərxan Oqtay oğlu, Abbasov Pərviz Qəzənfər oğlu və Dadaşzadə Aydın Ayaz oğlu Rusiyadan ölkəmizə ekstradisiya olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Müxtəlif cinayətlərdə şübhəli bilinərək barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilən və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa verilən şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.