• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 10.10.2023 10:15

İdmanın sağlamlığa təsiri

Çoxlarının idmanla məşğul olduğunu görmək artıq təccüblü deyil. İstər sosial şəbəkələrdə, istərsə də ətrafımızda aktiv həyat  tərzi kifayət qədər təbliğ olunur. Son illər açılan müxtəlif idman klubları, fitness zalları, idmana olan marağı artıran səbəblərdən biridir. Bəs bu aktivlik həyatımızı necə dəyişir?

Rəşid Əliyarov- Məşqçi: “Kardio məşqlərə üstünlük verən insanlar mütləq şəkildə pəhriz saxlayırlar ki, o pəhrizin faydasını da gün ərzində görürlər. Gənclərə, böyüklərə, uşaqlara, hər bir kəsə  tövsiyə edərdim ki, idmanla məşğul olsunlar ”.

Gənc nəslin sağlamlığı və fiziki cəhətdən inkişafı dünyada ən vacib məsələlərdən biridir. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Mütəmadi idman məşqlərinin faydaları hər kəsə məlumdur. Lakin bir çox insan vaxt məhdudiyyətindən idmana laqeyd yanaşırlar. Günün rejimini araşdıran alimlər 18- 64 yaş arasında olan insanlarda qısa müddətli intensiv hərəkətlərin (məsələn, yerimək) 10 dəqiqəlik mütəmadi sürən idman məşqlərinə bərabər olduqları nəticəsinə gəliblər. Bu cür kardio məşqlər  bir sıra xəstəliklərin, həmçinin xroniki ürək xəstəliklərinin qarşısını alır.

Rəşid Əliyarov- Məşqçi: “Hal-Hazırda günümüzün global problemlərindən biri olan, artıq çəkidən əziyyət çəkmək, sağlam qidalanmamaq, aşırı dərəcədə qan təziyqi, bunların hamısının səbəbi düzgün qidalanmamaqdır. Ancaq idmanla məşğul olarkən qan sistemində, hətta həzm problemi olan insanlar belə, necə gözəl fayda verəcəyini özləri görəcəklər”.

Əlbəttə idman sadəcə uşaqların və gənc nəslin məşğul ola biləcəyi bir məşğuliyyət deyil. Müasir dövrümüzdə idman yaşlı əhali arasında da güclü mövqe tutur. Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsidir.

Natiq Əliyev- Azərbaycan Respublikasının məşqçisi: “Gənc və yeniyetmə yaşlarımdan idmanla məşqul olmuşam. İdmanla məşğul olduğum müddətdə özümü həmişə fəal və aktiv hiss eləmişəm. Təzyiq nə olduğunu bilmirəm. Səhərlər idman gimnastikasını etməyi, yeniyetmələrə və uşaqlara tövsiyə edirəm”.

Günay Əsgərova

ƏTRAFLI...