• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2434
— 09.10.2023 15:35

Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri sırasında ilk 5-likdə yer alıb

KepezTV Player

Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri sırasında ilk 5-likdə yer alıb. 2023-cü ilin birinci rübündə ölkəmiz “Trans-Adriatik” qaz kəməri ilə Avropa İttifaqı ölkələrinə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və ya 2,8 milyard kubmertrədək artırıb. 2023-cü ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında Azərbaycanın payı əvvəlki rübdəki 3 faizdən 4 faizə qədər çoxalıb. Bu barədə Avropa Komissiyasının Avropanın qaz bazarında vəziyyətə dair rüblük hesabatında bildirilib. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.