• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 07.10.2023 19:22

Tikinti bazarında alıcı azalıb, qiymətlər qalxıb

KepezTV Player

Payızda təmir-tikinti işləri ilə məşğul olanların sayının azalması bazarda durğuluq yaratmaqdansa, qiymət artımına səbəb olub. Səbəblərini araşdırmışıq. 

Gəncənin inşaat materialları bazarında durğunluq müşahidə olunur. Satıcılar alıcı sarıdan sıxıntı yaşayır. Satıcıların sözlərinə görə əvvəllər gün ərzində müraciət sayı 10-15 müştəri tərəfindən olurdusa, hazırda 5 nəfər yaxınlaşır.

Ənvər Bayramov- satıcı: “Alqı-satqı çox zəifdir. Ümumiyyətlə tək daş bazarında yox, bütün tikinti materiallarında zəifçilikdir. Əvvəl qiymətlər bundan baha idi. İndi qiymət düşüb - 70-75 arsında dəyişir. Amma yenə də alver zəifdir”.

Həsrət Rüstəmov- satıcı: “Bəzi malların qiyməti qalxıb, bəziləri düşüb. Sement, qum qalxıb. Amma dəmir materilları düşüb. Taxta materiallarında qalxma var. Şifer materialı düşüb. Amma alıcılıq qüvvəsi heç yoxdur. Gördüyünüz kimi, bazar bom-boşdur”.

Şahin Əliyev- satıcı: “Qiymətlər normaldır. Bir ara çox qalxmışdı. İndi elə-belə qalxıb. Yəni əvvəlki qiymətlər deyil, aşağıdır. Alıcılıq da zəifdir. Baha vaxtı bundan yaxşı idi”.

Amma alıcılar satıcılarla eyni fikirdə deyillər. Bazarda olan qiymətlərin od tutub yandığını deyirlər. Təlabatın azaldığını fürsət bilib gəlsələr də, gözlədikləri mənzərə ilə qarşılaşmayıblar. Xüsusən də sement, taxta və daşlarda.

Elfaq Musayev- alıcı: “Qabaqca “Norm” sementini alırdıq 8 manata. İndi oub 8.50. Qiymətlər getdikcə qalxır. İş yarımçıq qalmasın deyə, məcburuq ki, alaq”.

Əmrah Əsədov- alıcı: “Qaz çəkmək üçün turba almaq istəyirəm. Qiymətlərdən razı deyiləm. Çox bahadır. Keçən ildən bəri 2 dəfə artıb”.

Şamxal Mahmudov- alıcı: “Sement almağa gəlmişdik, 8 manat idi, indi olub 8.50. Taxta alasıyıq. 3 ay bundan əvvəl 280 manat idi. İndi olub 320-330 manat. Yəni qiymətlərdə dəyişikliklər çoxdur”.

Ekspertlər deyir ki, tikinti materialları bazarında ötən illə müqayisədə bu il ortalama 5-10 faiz artım müşahidə olunur. Bu hal həmin məhsulların məhz Rusiyadan ixracı olunması ilə əlaqələndirilir.

Məsim Abadov- iqtisadçı-ekspert: “Bizim kənardan aldığmız məhsullar ki, var onlar əsasən bizə Rusiya bzarında gəlir, bir də əvvəllər Gürcüstandan gəlirdi. Bu gün ixracatcı Rusiya olduğu eçün ticarət əlaqələri olan ölkələrlə rusumları qaldırdılar. Və bu da sonda gəlib bizə daxil olan meşə materialları ağacların qiymətə təsir edir. O cümlədən də sement materialları. Çünki sement materiallarının əsas xammalı bizdə olsa da, lakin ona qatılan əlavələr ki, var onları biz xaricdən alırıq. Bu gün sement məhsullarının qiymətində 50 qəpik qiymət artımı, taxta məhslullarını qiymətində 1 manata kimi artım var. Bu da bizə kənardan daxil olan məhsullarla bağlıdır”.

İnşaat bazarında qiymətlərin enəcəyini düşünmək isə yersizdir. Ekspertlər belə proqnozlaşdırır. 

Aişə Rzayeva