• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 05.10.2023 19:45

Bir qrup müharibə veteranı öz biznesini yaradıb

KepezTV Player

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu dəfə Göygöldə bir qrup Vətən müharibəsi veteranı üçün öz bizneslərini qurmaq imkanı yaradılıb. Özünüməşğulluğa cəlb edilənlərə adiyyatı üzrə avadanlıqlar təqdim olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu dəfə Göygöldə 44 günlük Vətən müharibəsinin daha bir qrup veteranı “Məşğulluğa dəstək layihəsi” çərçivəsində aktivlərlə təmin edib. Həmin şəxslərə seçdikləri fəaliyyət istiqamətləri üzrə lazımi avadanılıqlar verilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Rauf İsgəndərov- qazi: “2-ci Qarabağ döyüşlərində iştirak etmişəm. Könüllü yazılmışam. Məşğulluq idarəsinə yazıldım. Avadanlıqlarım gəlib, gəlmişəm avadanlığımı götürəm”.

Taleh Bəylərzadə- qazi: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə bağlı zəng olundu. Özünüməşğulluq xidmətinə görə mən də müraciət etdim, uyğun olan sahəni seçdim. Hal-hazırda əməkdaşlar sağ olsun avadanlıqla təmin etdilər. Avtomobil şinlərinin bərpası ilə bağlı, təkər-balans aparatı, hava ölçən, hava dəst,i avadanlıqlar hamısı çox gözəl vəziyyətdədir”.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan “Məşğulluğa dəstək layihəsi” üzrə ötən bir həftə ərzində ümumilikdə 400-ə yaxın şəxs aktivlər alaraq öz kiçik təsərrüfatlarını qurub.

Elməddin Qurbanov- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri: “Seçdikləri fəaliyyət istiqamətləri avtomobil şinlərinin bərpası və təmiri xidməti üzrə lazımi avadanlıqlarla təmin edilməklə onlar üçün kiçik biznes təsərrüfatlarımız yaradılır. 1140 nəfərdən hal-hazırda Göygöl rayonunda 2 Vətən Müharibəsi iştrakçılarına aktivlər təqdim edilir, daha sonra Gəncə şəhərində, Goranboy rayonunda bunlar davam etdiriləcəklər”. Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

Pərvin Abbaszadə