• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 30.09.2023 20:22

Türkiyə XİN: "Rəsmilər radikal erməni qrupları tərəfindən hədəfə alınıb"

KepezTV Player

 Türkiyə Xarici İşlər Nazirliyi də məlum hadisə ilə bağlı məlumat yayaraq qeyd edib ki, konfransda iştirak edən rəsmilər radikal erməni qrupları tərəfindən hədəfə alınıb, şifahi və fiziki təzyiqlərə məruz qalıblar. ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los Anceles Polis Departamenti lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin genişlənməsinin qarşısını alıb. "Ölkəmizi və Azərbaycanı hədəfə alan radikal diaspor qruplarının, son zamanlar isə Ermənistan hökumətinin və regionda sülh prosesini hədəf alan nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq. Baş verənlər bir daha tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsinin, ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatların radikallaşma, nifrət nitqinə və zorakılığa təkan verdiyini göstərdi”, - deyə Türkiyə XİN-dən bildirilib.