• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 29.09.2023 19:53

Ziyanverici və xəstəliklər qarğıdalının məhsuldarlığına necə təsir edir?

KepezTV Player

Kənd təsərüfatı sahəsində iqtisadi cəhətdən səmərəli olan təkrar əkin son bir neçə ildir fermerlərin maraq dairəsindədir. Göygöldə də taxıl biçini bitdikdən dərhal sonra buğda və arpa əkilən sahənin yerində müxtəlif dənli bitkilər becərilir ki, qarğıdalı bunların başında gəlir. Bəs becərilən sözügedən bitkidən yaxşı məhsul almaq üçün xəstəlik və ziyanvericilərlə necə mübarizə aparılmalıdır, bu amil məhsuldarlığa mənfi təsir göstərə bilərmi? Daha ətraflı qarşıdakı süjetdə.

Cari il Göygöldə yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təcrübə səhəsində 1 hektar ərazidə təkrar əkin üçün qarğıdalı əkilib. Hazırda bitki süd yetişmə fazasındadır. Həm indi, həm də iyul ayında əkilməzdən öncə bitkidə ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilir ki, bu da bir neçə istiqamətdə yerinə yetirilir.

Qarğıdalı bitkisinə 130 növə qədər ziyanverici həşərat zərər vura bilər. Eyni zamanda qabaqlayıcı tədbirlər görülməzsə, kifayət qədər xəstəliklər bu dənli bitkinin yetişməsinə maneə törədir. Buna görə əkin zamanı qarğıdalıya müəyyən maddələr vurulur ki, ürəkaçan məhsuldarlıq əldə edilsin.

Mütəxəssislərin fikrincə təkrar əkin vaxtı becərilən qarğıdalıda ziyanverici və xəstəliklərə diqqət yetirilməzsə məhsuldarlıq yarıbayarı aşağı düşə bilər. Cari il Göygöldə taxıl biçinindən sonra 150 hektardan artıq ərazidə təkrar əkin yerinə yetirilib. Ən çox becərilən bitki də elə məhz 75 hektar sahədə əkilən qarğıdalıdır.

Orxan Cəfərzadə