• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 25.09.2023 19:41

Reinteqrasiya prosesi yaxın gələcəkdə nə vəd edir?

KepezTV Player

Azərbaycan Qarabağda lokal antiterror tədbirləri həyata keçirdikdən sonra bir-bir istəklərinə nail olur. Düşünülmüş siyasətlə istəyinə nail olan ölkəmiz Qarabağın Azərbaycan olduğunu bir daha bütün dünyaya sərgiləyir. 

Lokal antiterror tədbirlərinin ilkin nəticələri artıq göz önündədir. Reinteqrasiya ilə bağlı 2 görüş, erməni sakinlərə göstərilən humanitar yardım, elektrik enerjisi ilə təminat, separatçıların tərkisilah edilməsi və suverenliyimizin tam bərpası.  

Ancaq erməni xisləti yenə də özünü göstərməkdədir. Çarəsizlikdən qəsdən yanğınların törədilməsi kimi məqamlar ağ bayraq qaldıranların iç üzünü bir daha göstərir. Xankəndidən olan millət vəkili Tural Gəncəliyev bunun ilk belə hal olmadığını, beynəlxalq təşkilatların nədənsə bu əmələ göz yumduğunu ifadə edib.

Bütün bunlara baxmayaraq, Qarabağda azərbaycanlılarla birlikdə yaşamaq istəməyən ermənilər ərazilərimizi tərk etməkdədirlər. Bunun üçün də Laçın sərhəd keçid məntəqəsinədək onların heç bir çətinliklə üzləşməməsi üçün ölkəmiz tərəfindən lazımi şərait yaradılıb. Lakin Qarabağda qalmaq istəyən ermənilərin reinteqrasiya prosesində yaxın vaxtlarda digər vacib addımlar da atılacaq.

Güc yolu ilə Qarabağı Azərbaycana qaytaran dövlətimiz sülh gündəliyinə də sadiqdir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində qatiyyət nümayiş etdirərək danışıqlardan geri çəkilməyib.  

Orxan Cəfərzadə